Kamikadzelər İraqın Mosul şəhərinin 2 ayrı hissəsində terror aktları törədiblər. Onlarla insan həlak olub və yaralanıb. Onların əksəriyyəti dinc sakinlərdir.

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, insidentlərlə bağlı məlumatı "Kürdüstan Demokratik Partiyası”nın mətbuat katibi Səid Məmuzini verib.
Qeyd edək ki, partlayışların baş verdiyi Rəşidiyyə kvartalı və Xəbat rayonu ötən həftə İraq qüvvələri tərəfindən nəzarət altına alınıb.