IQNA

Ayətullah Şeyx İsa Qasimin məhkəməsi təxirə salındı

11:57 - January 30, 2017
Xəbər sayı: 3481304
Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin bu gün keçirilməsi nəzərdə tutulan məhkəməsi təxirə salınıb.



Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, ötən gecə  Bəhreynin müxtəlif bölgələrində 150 min nəfərdən çox insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək məqsədilə keçirilən etiraz aksiyasının ardınca  Ali Xəlifə rejimi Şeyx İsa Qasimin məhkəməsinin vaxtını dəyişib.

Belə ki, bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə fevral ayının 12-ə  kimi təxirə salınıb.

Qeyd edək ki, ötən axşam Bəhreynin 48 bölgəsində 150 min nəfərdən çox kəfən geyinmiş insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək mitinqi keçirilib.

Ayətullah İsa Qasim "çirkli pulların yuyulması” və qanunsuz olaraq insanlardan pul yığmaqda ittiham olunur.  Ali Xəlifə rejimi təqribən 8 ay öncə Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib və onun yaşadığı bölgəni mühasirə edib. Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirir. Hazırda Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi və Diraz bölgəsinə gediş-gəlişin qadağan edilməsinə görə, 18 min bəhreynli öz qohum əqrabası ilə görüşə bilmir.


captcha