Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın İslamazeri.az-a istinadən verdiyi xəbərə əsasən, ölkənin xarici işlər nazirliyi bu barədə yaydığı bəyanatda bildirib: "Pasportunda bir problemi olmayanlar hələlik ölkəyə daxil ola bilərlər. Biz qəbul etdiyimiz qərarı müvəqqəti olaraq ləğv edirik. Vizaları ləğv olunmayanların ölkəyə daxil olmalarında bir maneə yoxdur.”
Qeyd edək ki, XİN-nin bu addımı ölkənin federal məhkəməsinin Trampın qəbul etdiyi qanunun ləğvilə bağlı qəbul etdiyi qərardan sonra baş verib.
Xatırladaq ki, müsəlmanlara qarşı bu qərardan sonra iki müsəlman uşaq ABŞ-a buraxılmamış, onlardan biri hava limanında qolu qandallanmışdı. Dünya mediası bu sərt tənqid etmiş, Amerika daxilində etirazları alovlandırmışdı.
Trampın müsəlmanlar əleyhinə qərarı rəsmən ləğv edildi.