IQNA

İrqçi prezident öz xalqınımı aldadır?

8:59 - February 08, 2017
Xəbər sayı: 3481324
ABŞ prezidenti Donald Tramp-ın 7 müsəlman ölkəsinə qarşı tətbiq etdiyi viza qadağası irqçilikdən daha çox, ABŞ xalqını aldatmağı planlayan bir addımdır.

İrqçi prezident öz xalqınımı aldadır?

ABŞ prezidenti Donald Tramp-ın 7 müsəlman ölkəsindən olan vətəndaşların ABŞ-a girməsini qadağan edən fərmanı dünya səviyyəsində bir çox mübahisələrə səbəb oldu. İrqçilikdən qaynaqlanan bu fərman Trampın apardığı populist siyasəti açıq şəkildə ortaya qoydu. Başqa sözlə desək, bu fərmanın hansı ölkələri əhatə etdiyinə baxdığımız zaman Trampın qarşısına nəyi məqsəd qoyduğu aydın sezilir.

"Niyə ABŞ prezidenti İraq, İran, Suriya, Sudan, Liviya, Somali və Yəməndən başqa müsəlman ölkələrin vətəndaşlarına bu qadağanı aid etmədi?" sualını isə aşağıdakı kimi cavablandırmaq olar:

Adı keçən 7 ölkənin ABŞ ilə çox dərin əlaqələri olmadığı aydındır. Bu səbəbdən də Trampın bu 7 ölkəni qadağa üçün seçdiyi zaman ABŞ-ın tarixi maraqlarını da nəzərə aldığı məlum olur.

Tramp bu müsəlman ölkələrin vətəndaşlarına ABŞ-a giriş qadağası tətbiq etməklə xalqına terrorla mübarizə istiqamətində mühüm işlər gördüyünü aşılamağa çalışır. Halbuki terrorla mübarizənin özünə xas meyarları vardır və müsəlmanların ABŞ-a girişinə qadağa qoymaqla terror qruplaşmaları məhv edilmir.

Viza qadağasına Səudiyyə Ərəbistanının daxil edilməməsi çox mühüm sualdır. Regiondakı bir çox qarşıdurma və terror təşkilatlarının arxasında Səudiyyə kimi ölkələrin olması bütün dünyada hər kəsə bəllidir. Görünən budur ki, ABŞ hökumətinin Tramp dövründə də bu ölkə ilə ikitərəfli əlaqələrini inkişaf etdirməsi qaçılmazdır və nəticə olaraq bu addım zahirən fərqli görünməyə çalışan Donald Trampın da ondan əvvəlki dövlət başçılarından heç də fərqli olmayacaq.

ABŞ üçün İran düşmən və Səudiyyə Ərəbistanı dostdur. Bu səbəbdən də Səudiyyə Ərəbistanı vətəndaşlarına qarşı viza qadağası tətbiq etməklə ABŞ-ın büdcə artımında önəmli rol oynayan müttəfiqlərdən birini itirə bilər. Lakin, Tramp siyahıda İrana yer verməklə həm ABŞ-da İran əleyhinə bir cəbhə meydana gətirir, həm də öz xalqını müvəqqəti bir müddətlik də olsa aldatmış olacaq.

Bu ana qədər İran vətəndaşlarının dünyada baş vermiş terror aktları ilə heç bir bağlılığı olmadığı halda Trampın bu ölkənin vətəndaşlarına viza qadağası tətbiq etməsi də ABŞ-ın yeni prezident adminstrasiyasının yaxın gələcəkdə hansı istiqamətdə siyasət aparacağını indidən ortaya qoymuş olur.

İrqçilik və islamafobiya ilə yoğurulan bir hökumətin xəmiri hər nə qədər su aparsa da sonda o sularda boğulan elə özü olacaq.

Mürtəza Kərimi

captcha