IQNA

Şeyx Həmid Turanın dəfn mərasimi keçirilib

20:04 - February 12, 2017
Xəbər sayı: 3481339
Verilən son məlumata görə, Bu gün Türkiyədə islam alimi Şeyx Həmid Turanın dəfn mərasimi keçirilib.


Şeyx Həmid Turanın dəfn mərasimi keçirilib

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) İslamazeri.az-a istinadla xəbər verir ki, xüsusi müxbiri xəbər verir ki, mərasim İstanbulun Halkalı bölgəsində baş tutub. İslam aliminin dəfninə Türkiyədə yaşayan müsəlmanlarla yanaşı, ölkə xaricindən də qatılanlan olub. O cümlədən nüfuzlu və tanınmış din xadimləri mərasimdə iştirak edib. İran İslam Respublikasının Ali lideri Ayətullah Xameneinin rəsmi nümayəndəsihöccətül-İslam Seyid Əli Əkbər Ocaq Nejat, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin rəsmi nümayəndəsi Hacı Fuad Nurulla, eyni zamanda İraqın Nəcəf Əşrəf və İranın Qum elmi hövzələrinin alimləri də dəfnə qatılanlar sırasında olub.

Qeyd edək ki, Şeyx Həmid Turan iki ilə yaxın idi ki, xəstəxanada yatıb və koma vəziyyətində həkim nəzarəti altında olub.

Xatırladaq ki, Nəcəfül-Əşrəf Hövzəsində ali ruhani təhsili alan Şeyx Həmid Turan Halkalıda Zeynəbiyə məscidinin axundlarından idi.

captcha