Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA)-nın eastnews-a istinadla verdiyi xəbərə görə, İşğalçı İsrail rejimi parlamentindəki qanunvericilik komissiyası azanın səsgücləndiricilərdən verilməsini qadağan edən qərarı təsdiqləyib.
Qərarda bildirilir ki, qadağaya əməl etməyən məscid rəhbərlikləri 200 dollara qədər cəzalandırılacaqlar. Qanunvericilik komissiyasının təsdiqlədiyi qərar irqçi İsrail rejimi parlamenti olan Knessetdə səsverməyə çıxarılacaq.
Qeyd edək ki, beynəlxalq qurumlar İşğalçı İsrail rejimi bu addımını növbəti islamafob addım olaraq xarakterizə ediblər.