Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, ən qədim əlyazma Quran nüsxəsi olan bu nadir tapıntı İmam Hüseynin (ə) ziyarətgahına məxsus Əhli-Beyt (ə) Mirasının Araşdırılması Mərkəzi tərəfindən tapılıb.
Əhli-Beyt (ə) Mirasının Araşdırılması Mərkəzinin sədri Müştaq Müzəffər deyib ki, bu Kufi xətti ilə yazılan Quran ən qədim Quran nüsxəsidir.
O deyib ki, Əhli-Beyt (ə) Mirasının Araşdırılması Mərkəzində 20 əlyazma Quran nüsxəsi mövcuddur.