IQNA

Vəkil:

Şeyx Sərdarın məhkəməsi bu gün baş tutmayacaq

11:01 - March 06, 2017
Xəbər sayı: 3481421
Vəkil Cavad Cavadov həbsdə olan Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru Şeyx Sərdar Hacıhəsənlinin Apellyasiya Məhkəməsinin təxirə salındığını bildirib.

Şeyx Sərdarın məhkəməsi bu gün baş tutmayacaq

Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, vəkil öz şəxsi səhifəsində bunları yazıb: "Sərdar Babayevin məhkəməsi bu gün baş tutmayacaq. Şirvan Apellyasiya Məhkəməsindən bildirdilər ki, etap məsələsində problem yaranıb. Vaxt barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, bundan öncə vəkil bildirmişdi ki, mart ayının 6-da saat 14:30 Şirvan Apellyasiya Məhkəməsində namaz məhbusu Sərdar Babayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Masallı rayon Məhkəməsinin 22 fevral 2017-ci il tarixli qərarından verdiyim apellyasiya şikayətinə baxılacaq.

captcha