IQNA

İraqlı döyüşçülərə Quran- Kərimin qiraəti və təcvidi öyrədilir

0:38 - March 08, 2017
Xəbər sayı: 3481428
İmam Hüseynin (ə) hərəminin "Darul-Quran" idarəsinin təşəbbüsü ilə terroistlərlə mübarizənin "Əlas" və "əl-Əcil" ön cəbhəsində iraqlı döyüşçülərə Quran- Kərimin qiraəti və təcvidi dəsrləri keçirilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İmam Hüseynin (ə) müqəddəs hərəminin "Darul-Quran" idarəsinin təşəbbüsü ilə "Səlahuddin" əyalətində terroistlərlə mübarizənin "Əlas" və "əl-Əcil" ön cəbhəsi səngərlərində iraqlı döyüşçülərə Quran- Kərimin qiraəti və təcvidi dəsrləri keçirilir.

İmam Hüseynin (ə) müqəddəs hərəminin "Darul-Quran" idarəsinin xəbər və informasiya portalının bu barədə verdiyi xəbərə görə, bu təlim kurslarında İraqın silahlı qoşunlarının əsgərləri və xalq könüllülər ordusunun döyüşçüləri maraq və sevgi ilə iştirak edirlər.

Əmmar əl-Xuzai – Quran-Kərim üzərə könüllü fəaliyyət mediasının məsulu, bu barədə dedi: Bu təlim kursları İraqın Ali Dini Mərcələrinin nümayəndəsi və İmam Hüseyn (ə) hərəminin idarə heyətinin məsulu Şeyx Əbül-Məhdi Kərbəlayi və 22-ci "əl-Həşd əş-Şəbi" briqadasının irşad və təbliğ komitəsinin birbaşa göstərişi əsasında həyata keçirilir.

əl-Xozai əlavə etdi: Döyüşçülərə Quran dəsrlərini, tilavət və təcvid qaydalarını ən bacarıqlı Quran müəllimləri tədirs edir.

O vurğuladı: Bu kursların keçirilməsinin əsas hədəfi təhlükəsizlik qüvvələri, silahlı qoşunlar, döyüşçülər və xalq könülləri arasında Quran müəllimləri və mübəlliğlərinin yetişdirilməsidir.

Xatırladaq ki, bu Quran kursları İŞİD terroristləri ilə döyüşləri gedən ön cəbhələrdə üç həftə ardıcıl və hər həftədə iki saat keçirilir.

http://www.iqna.ir/fa/news/3581666

 


 




Teqlər: iqna ، quran ، İraq ، İŞİd
captcha