IQNA

İmam Səccadın (ə) Rəcəb ayında hər gün oxuduğu dua

23:01 - March 30, 2017
Xəbər sayı: 3481485
Ey möhtacların istəklərinə sahib (və agah Allahım) və ey susanların sirlərini bilən (Allahım)! Hər bir istəyi və diləyi həmin anda eşidən və cavab verənsən!
İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi): Şiə hədis və dua qaynaqlarında rəvayət olunan hədislərə görə, Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (s) pak Əhl-Beytindən (ə) olan dördüncü məsum rəhbər Həzrət İmam Zeynül-abidin Əli bin Hüseyn Əs-Səccad (ə) mübarək Rəcəb ayında hər gün bu duanı oxuyardı:
Duanın Ərəbcə mətni:

«يَا مَنْ يَمْلِكُ حَوَائِجَ السَّائِلِينَ وَ يَعْلَمُ ضَمِيرَ الصَّامِتِينَ لِكُلِّ مَسْأَلَةٍ مِنْكَ سَمْعٌ حَاضِرٌ وَ جَوَابٌ عَتِيدٌ اللَّهُمَّ وَ مَوَاعِيدُكَ الصَّادِقَةُ وَ أَيَادِيكَ الْفَاضِلَةُ وَ رَحْمَتُكَ الْوَاسِعَةُ فَأَسْأَلُكَ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ أَنْ تَقْضِيَ حَوَائِجِي لِلدُّنْيَا وَ الْآخِرَةِ إِنَّكَ عَلَى كُلِّ شَيْ‏ءٍ قَدِيرٌ»

Duanın Ərəbcə oxunuşu: "Ya mən yəmliku həvaicəs-sailin və yə`ləmu zəmirəs-samitin, likulli məs`ələtin minkə səm`un hazir və cəvabun ətid.
Əllahummə və məvaidukəs-sadiqəh və əyadikəl faziləh və rəhmətukəl vasiəh!
Fə-əsəlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd!
Və ən təqziyə həvaici lid-dünya vəl axirəh, innəkə əla kulli şəy`in qədir!"

Duanın tərcüməsi:

Ey möhtacların istəklərinə sahib (və agah Allahım) və ey susanların sirlərini bilən (Allahım)! Hər bir istəyi və diləyi həmin anda eşidən və cavab verənsən!
Ey Allahım! Sənin vədələrinin hamısı doğru, nemətlərin çox və rəmətin böyük və sonsuzdur!
Ey Allahım! Səndən istəyirəm ki, Məhəmməd (s) və onun övladlarına (ə) salam və salavat göndərəsən!
Və mənim istəklərimi dünya və axirətdə verəsən ki, əlbəttə sən hər şeyə qadirsən!"

Mənbə:
1- Məfatihul-cinan, səh.132
2- Əl-Bələdül-əmin, səh.140
3- Misbahul-mütəhəccid, səh.511
4- Cünnətul-əman, səh.168

Hazırladı: Mirməhəmməd Bəşir

captcha