IQNA

Çinin "Şinciyanq" əyalətində hicab qadağası

7:07 - April 01, 2017
Xəbər sayı: 3481489
Çin dövləti "saqqal uzatmağı", "rübənd" və "hicab" bağlamağı qeyri-addi və atipik hesab edərək müsəlman uyğurların yaşadığı regionda radikalizmlə mübarizə bəhanəsi ilə qadağan etmişdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Çin dövləti "saqqal uzatmağı", "rübənd" və "hicab" bağlamağı qeyri-addi və atipik hesab edərək müsəlman uyğurların yaşadığı regionda radikalizmlə mübarizə bəhanəsi ilə qadağan etmişdir.

Bu barədə həftənin Cüməaxşamı günü, Mart ayının 30-da, İngiltərənin "The İndependent" qəzetinin xəbər və informasiya portalı məlumat yayıb.

"əl-Aləm" peyk tv kanalının xəbər və infomasiya blokunun verdiyi xəbərə görə, İngiltərənin "The İndependent" qəzeti bu barədə yazır: Çinin "Şincyanq" əyalətinin 100 min nəfərlik müsəlman türk əhalisi məcburdur ki, təkcə dövlət televiziya kanallarına baxsınlar. Və uzun illərdir ki, bu müsəlman uyğurlar dini, milli və irqi ayrı-seçkilikdən əziyyət çəkirlər

"The İndependent" əlavə edir: Bu gündən, yəni 1 Aprel 2017-ci il tarixindən etibarən, Çinin hava limanları, dəmir yol vağzalları və digər ümumi məkanlarda hicablı gəzmək və rübənd taxmaq qadağan edilmişdir. İslami geyimdə olan xanımların ümumi məkanlara girişi qadağan edildiyi üçün bu kimi yerlərin işçiləri belə hallarla rastlaşarkən yuxarı rütbəli məqamlara bu barədə raport verməlidirlər.

Bu əyalətdə kişilərə saqqal uzatmaq və həmçinin övladlarına dini ad qoymaq da yasaq edilmişdir və Şincyanq müsəlmanları öz xüsusi dini ayinlərini keçirə bilməzlər. Uyğur müsəlmanlar da dövlət məktəblərinə getməli və həmçinin uyğur ailələri də çinlilərin ailə kontrolu qanununa əməl etməlidirlər.

Qeyd edək ki, türk uyğur müsəlmanlar 2009-cu ildən komunist və xurafatçı çinlilər tərəfindən vəhşicəsinə incidilirlər və indiyədək onlara qarşı törədilən cinayətlər nəticəsində yüzlərlər insan ölmüş və yaralanmışdır.

http://iqna.ir/fa/news/3586175


Teqlər: iqna ، çin ، Şincyanq ، urumçi ، uyğur
captcha