İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, Aprel ayının 2-də, Tunisin 3-cü beynəlxalq kitab sərgisi öz işini başa çatdırıb.
Tunisin 3-cü beynəlxalq kitab sərgisi cari ilin Mart ayının 24-də başlamışdı və on gündən sonra, keçən həftənin bazar günü yekun mərasimi keçirdi. Mərasimdə Kəbənin qızılı örtüyünün necə tikilib hazırlanması Ərəbistanın kitab sərgisi hücrəsində toxuculardan biri tərəfindən tamaşaçılara göstərildi.
Səudiyyə Ərəbistanın Tunisdəki səfirliyinin sərgidə iştirak edən nümayəndəsi Məhəmməd Əltum bu barədə dedi: Sərgidə Kəbənin qızılı pərdəsinin toxunuşunu tamaşaçılara göstərən toxucu müqəddəs Məkkədə Kəbə örtüyünün toxunduğu emalatxananın işçisidir və Ərəbistanın kitab hücrəsində xalis ipək pərdənin üzərinə Quran ayələrinin qızıl, mis və zər ilə necə toxunduğunu tamaşaçılar üçün də icra etdi.
O vurğuladı: Tunis kitab sərgisində toxunan pərdə əslində Kəbənin yeni örtüyünün bir hissəsi idi və bu ilin Həcc mərasimində Kəbə həmin pərdə ilə örtüləcəkdir.
http://iqna.ir/fa/news/3586474