IQNA

8:51 - April 04, 2017
Xəbər sayı: 3481499
Tibet buddistlərinin mənəvi lideri Dalayi Lama yenə də "müsəlman terroristlər" kimi ifadələrinin işlədilməsinə öz etirazını bildirdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "aboutislam" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Tibet buddistlərinin mənəvi lideri Dalayi Lama yenə də "müsəlman terroristlər" kimi ifadələrinin işlədilməsinə öz etirazını bildirdi.

Dalayi Lama Hindistanın Asam əyalətinə səfəri zamanı çıxışında dedi: "terrorist müsəlmanlar" kimi ifadələrinin işlədilməsini yanlış addımdır və bu sözlərdən qərəzli məqsədlər üçün suistifadə edilməsinə görə təəssüf edirəm.

O, çıxışının davamında bildirib ki, "İslam dinin çox sadiq davamçıları vardır, onlar Quran- Kərimin bütün təlimlərinə tam ciddiyyət və xalis niyyətlə əməl edirlər və bu cür ifadələrinin müsəlmanlar barəsində işlədilməsini məhkum edirəm".

Dalayi Lama Myanmar hadisələrinə işarə edərək bu ölkədə buddistlərin müsəlmanları incitmələrini təndiq etdi və həmin buddistləri "xəbis ünsürlər" adlandırdı.

Qeyd edək ki, İslam düşmənlərinin "11 sentyabr" anti-İslam planından sonra hazırda dünyada "islamofobiya" ən acınacaqlı həddə çatıbdır. Miladın 2015-ci ili məscidlərə hücumun çoxluğuna görə, müsəlmanlar üçün ən pis il kimi yadda qaldı.

Müsəlmanların əksrəiyyətinin fikrincə son aylarda bu məsələnin daha da şiddətlənməsinin səbəbi isə Amerikanın yeni prezidenti Donald Trampın "islamofob" və irqçi addımlarının nəticəsidir.

Yeni ilin ilk aylarında isə Amerikanın Arizona əyalətində Tusan şəhər məscidinə hücum edildi, 130 Quran nüsxəsi yandırıldı.

Cari ilin Yanvar ayında Kanadanın Kəbek məscidinə hücum edildi, 6 nəfər güllə ilə öldürüldü və 19 nəfər yaralandı və s...

http://iqna.ir/fa/news/3586471


Ad:
E-poçt:
* Comment:
* captcha: