IQNA

Qətərin "Qurani bitkilər" bağı "hifz" yarışları keçirir

17:07 - April 11, 2017
Xəbər sayı: 3481526
Qətərin "Quranda adı keçən bitkilər bağı" mübarək Ramazan ayının birinci həftəsində Quran- Kərimin hifzi yarışlarını təşkil edəcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Qətərin "Quranda adı keçən bitkilər bağı" mübarək Ramazan ayının birinci həftəsində Quran- Kərimin hifzi yarışlarını təşkil edəcəkdir.

Qətərin "Qurani bitkilər bağı" (Quran- Kərimdə və Quran- Kərimlə bağlı hədislərdə adı keçən bitkilərin saxlanıldığı və üzərində tədqiqat aparıldığı müəssisə) mübarək Ramazan ayının ilk həftəsində Quranla bağlı bir hədisdə adı keçən bitkilərdən biri olan "əl-ƏTRÜCƏ" - (türənc, limon, baləng, ağac qovunu = CİTRON) - adlı Quran hifzi yarışları keçirmək qərarına gəlib.

Bu barədə "əş- Şərq" xəbər və informasiya portalı xəbər verib. Saytın yazdığına görə, bu yarışlar Qətər institutunun "təlim şəhərciyi"nin Came məscidində keçiriləckdir.

Qətərin Ramazan ayında keçirəcəyi Quran yarışlarına ad olaraq seçilmiş "əl-Ətrcüə" sözü hədis qaynaqlarına görə, Həzrət Peyğəmbərdən (s) nəql edilən aşağıdakı hədisdə keçmişdir. Həzrət Peyğəmbər (s) bu hədisdə buyurur:

مَثَلُ الْمُؤْمِنِ الَّذِي يَقْرَأُ الْقُرْآنَ كَمَثَلِ الأُتْرُجَّةِ رِيحُهَا طَيِّبٌ وَطَعْمُهَا طَيِّب

"Quran- Kərimi oxuyan və ona əməl edən möminin misalı "ətrücə" (limon) misalıdır ki, həm ətri gözəldir və həm də dadı".

Yarışların əsas hədəfi və belə bir hədisdən bu adın yarışları üçün seçilməsinin əsas məqsədi cavanları öz həyatlarında Quran- Kərimin təlimlərinin icrasına təşviq etməkdir.

Qətərin sözü gedən institutunda təlim alanlar və həmçinin 12 yaşında aşağı orta məktəb şagirdləri bu yarışlarda iştirak edə bilərlər.

Yarışlar oğlanlar və qızlar üçün nəzərdə tutulmuşdur. Yarışda iştirak etmək istəyənlər Aprel ayının 20-dək qeydiyyatdan keçməlidirlər.

Yarışların haşiyəsində Quranda və Həzrət Peyğəmbərin (s) sünnə və hədsilərində adı çəkilən bitkilər barədə elmi seminarlar da keçiriləcəkdir.

captcha