İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Kəfil" beynəlxalq xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünən, 13 Aprel 2017- ci il tarixində, günün ikinci yarısında, Hindistanın "Kəlkəte" şəhərində İraqın müqəddəs ziyarətgahlarının beynəlxalq dərəcələri peşəkar qariələrinin tilavəti ilə Quran-Kərimlə üns məclisi keçirildi.
Quran-Kərimlə üns məclisi Hindistanda hər il keçirilməkdə olan "İmam Əmirəlmöminin Əli (ə) adına mədəniyyət festivalı"nın haşiyəsində keçirilib. Quranla üns məclisində İraqın müqəddəs ziyarətgahlarının, o cümlədən İmam Hüseyn (ə), Həzrət Abbas (ə), İmam Əli (ə) və Əskəriyyin (ə) ziyarətgahlarının beynəlxalq dərəcəli qiraət ustaları iştirak ediblər.
Hindistanın "Kəlkəte" şəhərinin "Fəzlun-Nisa" hüseyniyyəsində keçirilən bu məclis İmam Hüseyn (ə) hərəminin qarisi və müəzzini Mustafa Ğalibinin gözəl tilavəti ilə başladı. Məclisin davamında İmam Əlinin (ə) mövludu münasibəti ilə gözəl dini nəğmələr və mədhiyyələr səsləndi, İmam Əlinin (ə) fəzilətləri barədə çıxışlar edildi. Həmçinin Həzrət Abbas (ə) hərəminin qarisi Seyid Heydər Cüluxanın səsi ilə "Kümeyl" duası oxundu.
Qeyd edək ki, Hindistanın "İmam Əmirəlmömin Əli (ə) adına beşinci mədəniyyət festivalı" cari həftənin üçüncü günü başlayıb və bu gün də (şənbə) davam edəcəkdir.
http://iqna.ir/fa/news/3589443