IQNA

12:04 - April 18, 2017
Xəbər sayı: 3481555

Azərbaycanın iki nəfər Quran fəali İran yarışlarında iştirak edəcək

Azərbaycanın respublikasının Quran fəallarından iki nəfəri İranın beynəlxalq Quran yarışlarında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.

Azərbaycanın iki nəfər Quran fəali İran yarışlarında iştirak edəcək

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanın respublikasının Quran- Kərimin hifzi və qiraəti üzərə fəallarından iki nəfəri İranın 34-cü beynəlxalq Quran yarışlarında iştirak etmək üçün bu ölkədə səfərdədirlər.

Onları İran İslam Respublikasının Azərbaycandakı Mədəniyyət İşləri İdarəsinin təşəbbüsü və İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının dəvəti ilə bu yarışlara ezam ediliblər.

Azərbaycan respublikasının beynəlxalq dərəcəli peşəkar qiraət ustası Əlizaman Əliyev və Quran hafizi Anar Ağayev İİR-nın Vəqflər Nazirliyi və Xeyriyyə İşləri Təşkilatının keçirdiyi 34-cü beynəlxalq Quran yarışlarında iştirak edəcəklər.

İran İslam Respublikasının 34-cü beynəlxalq Quran yarışları, Tələbələrin 5-ci beynəlxalq Quran yarışları, "qəlbinur"ların (gözləri görməyənlər) 2-ci beynəlxalq Quran yarışları və Din Elmi Hövzə tələbələrinin 1-ci beynəlxalq Quran yarışları dünyanın 80 ölkəsinin iştirakı ilə cari ilin Aprel ayının 20-dən 29-dək Tehranın "Böyük Müsəlla"sında keçiriləcəkdir.

Yarışlar Quranın hifzi və Qiraəti üzrə bəylər, xanımlar arasında böyüklər, şagirdlər, "qəlbinur"lar (gözdən əlil olanlar) və dini elm tələbələri kateqoriyalarına bölünməklə keçiriləcəkdir.

http://iqna.ir/fa/news/3590740


captcha