IQNA

22:53 - April 20, 2017
Xəbər sayı: 3481563
Pakistanın Milli Məclisi bütün namizədlərin müsbət rəyi ilə, dünən, həftənin 3-cü günü, 2017-ci tədris ili üçün ölkənin bütün təhsil ocaqlarında "Quran təlimi fənni"nin tədris edilməsini icbari etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "pakobserver" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Pakistanın ali qanunverici orqanı, Milli Məclis, bütün namizədlərin müsbət rəyi ilə, dünən, həftənin 3-cü günü, 2017-ci tədris ili üçün ölkənin bütün təhsil ocaqlarında "Quran təlimi fənni"nin tədris edilməsi qanun layihəsini təsdiq edərək, şagird və tələbələrə Quran öyrənməyi icbari etdi.

Bu qanuna əsasən dövlətin bütün təhsil ocaqları və eləcə də bütün xüsusi təhsil müəssisələri Quran- Kərimin üzünə sadə oxunuşu və peşəkar qiraətini ibtidai (birdən altıyadək) siniflərə və Quran-Kərimin qiraət və tərcüməsini altıncı sinifdən yuxarıya tədris etməlidirlər.

Məhəmməd Rəhman – Pakistanın Təhsil Naziri, bu barədə dedi: Bu qanunun icrasının icbari edilməsində hədəfimiz şagirdləri Quran- Kərimi oxumağa, dərk etməyə təşviq etmək və onlarda fərqli mövzular və ideaların kəşfi üçün zəmin yaratmaqdır. Quran-Kərimi öyrənmək bizim dini vəzifəmiz olmasından əlavə, bu məsələ həm də təhsil keyfiyyətinin yüksəlməsinə də səbəb olacaqdır.

Paksitan təhsil ocaqlarında Quran- Kərimin tədris edilməsinin qanuniləşdirilməsi məsələsi keçən ildən bu ölkənin milli məclisinin gündəminə gətirilmişdi və qanunverici orqanın üzvlərinin təhsil mərkəzlərinin rəisləri ilə məsləhətləşməsindən sonra həyata keçirildi.

http://iqna.ir/fa/news/3591514


Ad:
E-poçt:
* Comment:
* captcha: