IQNA

Kazimeyn İmam Kazimin (ə) zairlərini qarşılayır

7:08 - April 23, 2017
Xəbər sayı: 3481570
Həzrət İmam Kazimin (ə) müqəddəs hərəmi elan edib ki, keçən üç gün ərzində 2 milyona yaxın zair İmam Musa Kazimi (ə) ziyarət etmək üçün Bağdada daxil olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, şiələrin yeddinci imamı, vilayət və imamət səmasının yeddinci parlaq ulduzu Həzrət İmam Musa Kazimin (ə) müqəddəs hərəminin ümumi əlaqələr şöbəsi, dünən, həftənin şənbə günü, elan edib ki, keçən üç gün ərzində 2 milyona yaxın ziyarətçi karvanlar ilə və ya fərdi şəkildə o həzrətin (ə) şəhadəti münasibəti ilə İmam Musa Kazimi (ə) ziyarət etmək üçün Bağdad şəhərinə daxil olub. Bu rəqəm isə Bağdadın ziyarət tarixində yeni bir rekord və göstəricidir.

"Əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalının İraqın "Sumariyya Nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Həzrət İmam Musa Kazimin (ə) müqəddəs hərəminin ümumi əlaqələr şöbəsi, dünən, həftənin şənbə günü, elan edib ki, bu il keçən illər ilə müqayisə də İmam Musa Kazimin (ə) şəhadət mərasimi günlərində O həzrəti ziyarət etmək üçün gələn karvanların və əzadarlıq heyətlərin sayı gözəçarpacaq dərəcədə çoxalıb, yəni iki dəfə artıb.

Xəbərdə deyilir ki, cari həftənin 3-cü, 4-cü və Cümə günləri 1 milyon 900 min nəfər ziyarətçi Bağdada daxil olub və ziyarətçi axını hələ da davam edir. Və digər tərəfdən isə İraqın təhlükəsizlik qüvvələri bu mərasimin təhlükəsiz keçməsi üçün bütün xiyaban və küçələrdə genişmiqyaslı təhlükəsizlik tədbirləri görüblər.

Qeyd edək ki, hər il İmam Musa Kazimin (ə) şəhadəti günlərində 2 milyon civarında ziyarətçi İraqın paytaxtı Bağdada axışır.

Teqlər: İraq ، iqna ، bağdad ، kazimeyn ، imam kazim ، İmam cavad
captcha