IQNA

İİR-nın böyüklərin Quranın hifzi üzrə yarışlarının üçüncüsü:
16:26 - April 28, 2017
Xəbər sayı: 3481593
Məhəmməd Abdullah Adəm - İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının sudanlı iştirakçısı və Quran- Kərimin hifzi üzrə üçüncüsü dedi: Münsiflər heyəti və hakimlərin rəyləri çox insaflı və ədalətli idi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhəmməd Abdullah Adəm - İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının sudanlı iştirakçısı və Quran- Kərimin hifzi üzrə üçüncüsü dedi: Mənim 26 yaşım var. 16 yaşında ikən Quran- Kərimi əzbərləyə və hifz edə bildim. Quran- Kərimi iki il müddətində hifz etdim.

O əlavə etdim: Bundan öncə Xartum Beynəlxalq Quran Yarışlarında ikinci yeri qazanmışdım. Amma ilk dəfə idi ki, Sudanın nümayəndəsi olaraq İran İslam Respublikasının beynəlxalq Quran yarışlarında Quran- Kərimin hifzi üzrə yarışlara qatılmışdım. Və bu yarışlarda hifz üzrə üçüncü yeri əldə edə bildim. Əlbəttə öncədən proqnozlaşdırmışdım ki, İnşaallah, ikinci və ya üçüncü yeri əldə edəcəm.

O, yarışlarda iştirak edənlərin hifz səviyyəsi barədə dedi: Bu yarışlarda çox güclü hafizlər iştirak edirdi. Onların bir çoxu dəfələrlə beynəlxalq yarışlarda iştirak etmişdilər.

Məhəmməd Abdullah Adəm - İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının sudanlı iştirakçısı və Quran- Kərimin hifzi üzrə üçüncüsü İQNA ilə müsahibəsində hakimlər heyətinin fəaliyyəti və verilən qiymətlər barədə vurğuladı: Münsiflər heyəti və hakimlərin rəyləri çox insaflı və ədalətli idi. Və onlar yarışçıların işini çox diqqətlə izləyir və qiymətləndirirdilər.

İİR-nın 34-cü beynəlxalq Quran yarışlarının sudanlı iştirakçısı və Quran- Kərimin hifzi üzrə üçüncüsü yarışların məsullarının iştirakçıları ilə davranışı barədə dedi: Onlar qonaqlarla çox mehriban və dostcasına davrandılar. Bizi çox yaxşı qarşıladılar. Və Allahdan istəyirəm ki, onların bu bəyənilmiş xidmətlərini qəbul etsin.

Ad:
E-poçt:
* Comment:
* captcha: