Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) Maide.Az-a istinadla xəbər verir ki, Brüsseldə İmam Həsən (ə) adına olan mərkəzdə təşkil olunan mərasimdə bu şəhərdə yaşayan Əhli-beyt (ə) ardıcılları və İmam Hüseyn (ə) hərəminin xidmətçiləri iştirak edib.
Həm Brüssel və həm Antverp şəhərlərində təşkil olunan mərasimdə Quran tilavət olunub, Əhli-beyt (ə) şənində şeirlər və ilahilər oxunub.
Tədbirin sonunda İmam Səccadın (ə) "Şəbaniyyə" ziyarəti oxunub. Daha sonra mərasim iştirakçıları ziyafətə qatılıb.