İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "əl-Aləm" peyk TV kanalının xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın gözü və qəlbi kor vəhabi müftisi vatikanlı Papanın Misirə səfərini məhkum edərək, bu səfəri İslam dünyasının ümumi mənafeyinin və İslam mədəniyyətinin ziddinə atılmış bir addım hesab edərək, Əl-Əzhər İslami Elmlər Mərkəzini və bu mərkəzin alimlərini xəyanətkarlıqda günahlandırdı.
Təkfirçi və terrorist vəhabi şahlığı olan Səudiyyə Ərəbistanın vəhabibaşı və baş müftisi Əbdül-Əziz ibn Abdullah Ali- Şeyx vatikanlı Papanın Misirə səfərini pisləyərək dedi: Əl-Əzhər İslami Elmlər Mərkəzi həqiqi İslamın nümayəndəsi deyil və bu mərkəzin rəhbərlərinin sərgilədiyi rəftar müsəlmanlara xəyanətdir.
Vəhabibaşı Əbdül-Əziz ibn Abdullah Ali- Şeyx vurğuladı: Əl-Əzhər İslami Elmlər Mərkəzinin bu ünvanla ortaya çıxarılması yəhudi- xiristain planıdır. Bu planın əsas hədəfi həqiqi İslamın simasını qaralamaq və İslamı batil və azdırıcı oxunuşla təqdim etmək olub.
Təkfirçi terrorbaşı əlavə etdi: Əl-Əzhər və misirlilər tarix boyunca çətin dönəmlərdə həmişə düşmənlərə məğlub olublar.
http://iqna.ir/fa/news/3595985