Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın maide.az-a istinadla verdiyi xəbəre əsasən, 2012-ci ildə Əfqanıstanda 218 səhifəlik bir Quran "Dünyanın ən böyük əl yazması Quranı" olaraq tanıdılmışdı.
2,2 -1,5 metr ölçülərindəki 500 kilo çəkisi olan Quran 21 keçinin dərisindən istifadə olunmaqla Türkiyədə cildlənmişdi.
500 milyon dollara başa gələn 500 kiloluq Quran üçün Guinness-in Rekordlar Kitabına müraciət edilmədiyi bildirlir.
Dünyanın ən kiçik Quranı isə Birləşmiş Ərəb Əmirliklərindədir. 5.1-8 santimetr ölçülərə sahib olan bu Quran 550 səhifədən ibarətdir.
Həmçinin ötən günlər ərzində xəbər verdiyimiz kimi Misirli xəttat Saad Məhəmməd 700 metr uzunluğunda bir Quran yazdığını və bunun dünyada ən böyük Quran əl yazması olduğunu söyləmişdi.