IQNA

Tunis prezidentinin Quran ayəsini səhv qiraət etməsi qalmaqal yaratdı

7:04 - May 13, 2017
Xəbər sayı: 3481648
Tunis prezidenti Baci Qaid Sübsünün çıxışı zamanı Quran- Kərim ayəsini kobudcasına səhv oxuması qalmaqal yaratdı və toplaşanların etirazına və dağılışmasına səbəb oldu.

İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tunis prezidenti Baci Qaid Sübsünün çıxışı zamanı Quran- Kərim ayəsini kobudcasına səhv oxuması qalmaqal yaratdı və toplaşanların etirazına və dağılışmasına səbəb oldu.

Tunis prezidenti Baci Qaid Sübsü çıxışı zamanı Quran- Kərimdən oxuduğu ayədə məna dəyişikliyi edib. O, ölkədəki yaranmış iqtisadi və təhlükəsizlik problemləri ilə bağlı camaat qarşısında çıxış edərkən sözünə İsra surəsnin 80-ci ayəsi ilə başlayıb:

«وَقُل رَّبِّ أَدْخِلْنِي مُدْخَلَ صِدْقٍ وَأَخْرِجْنِي مُخْرَجَ صِدْقٍ وَاجْعَل لِّي مِن لَّدُنكَ سُلْطَانًا نَّصِيرًا»

"Və de: Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!"

Prezident sonrakı ayədə isə kobudcasına səhvə yol verib və bu isə camaatı hiddətləndirib. Sonrakı ayədə, yəni həmin surənin 81-ci ayəsində:

وَقُلْ جَاء الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقً

"Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən batil həmişə məhvə məhkumdur - (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir)". - ayənin sonundakı "batil həmişə məhvə məhkumdur" ibarəsini "haqq həmişə məhvə məhkumdur" oxuyub.

Onun Quran- Kərim ayəsini kobudcasına səhv oxuması qalmaqal yaratdı və onsuz da qəzəbli və narazı olan toplaşanların etirazına və dağılışmasına səbəb oldu.

Qeyd edək ki, Tunis xalqı ölkədəki hərtərəfli böhranlardan əziyyət çəki və narahatdırlar. Onlar prezidentin nəsə ümidli bir söz deyəcəyi ümidi ilə toplaşmışdılar ki, prezident çıxışı zamanı həm Quran ayəsini səvh oxudu və həm də camaata hədə- qorxu gəldi. Bu məsələ isə xalqı daha da əsəbiləşdirdi və küçədə etiraz aksiyaları keçirmələrinə səbəb oldu.

http://iqna.ir/fa/news/3598587


captcha