IQNA

İŞİD üzv toplamaq üçün telefon nömrəsi yaydı

11:02 - May 14, 2017
Xəbər sayı: 3481653
İŞİD yeni terrorçu namizədlərin sıralarına daha rahat qoşula bilməsi üçün telefon nömrəsi yayımlayıb.

İŞİD üzv toplamaq üçün telefon nömrəsi yaydı

Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) eastnews-a istinadla xəbər verir ki, Təşkilatın qəzeti "Al-Naba" yeni sayında təşkilatın çağırış nömrəsini ehtiva edən elana bir həftə fasilə ilə ikinci dəfə yer verib.

Elanda "Çağırışa cavab verin (cihad üçün)" sözləri yer alıb. Terrorçu təşkilata qatılmağı düşünənlərə nömrəyə zəng edərək, döyüşçü qəbul etmə bölməsiylə əlaqə saxlaması çağırışı edilib.

Qeyd edək ki, İŞİD-in telefon nömrəsi dərc etməsi son dərəcə qeyri-adi vəziyyətdir.

Xatırladaq ki, təşkilat mayın əvvəlində də yenə "Çağırışa cavab verin" şüarıyla öz sıralarına qoşulma çağırışı etmişdi.

captcha