İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İQNA-nın keçmiş baş icraçı direktoru və hazırda deputat Hacı Deliqaninin ofisinin məsul işçisi Höccətul- İslam vəl- Müslimin Seyid Mehdi Təqəvi bu gün səhər, 07 İyun 2017-ci il tarixində, İran İslam Respublikasının Ali İslam Şurasının binasına edilən terror hücumu zamanı şəhid edildi.
Haci Deliqani bu baradə deyib: Silahlı
terrorçu ünsürlərin İİR-nın Ali İslam Şurasının (Milli Məclis) binasından çəkərək
yaydığı video görüntü mənim ofisimə aiddir və mənim iki nəfər həmkarım bu hadisədə
şəhidlik məqamına yüksəliblər.
O əlavə etdi: Zarei (dəftərxananın məsulu)
və Höccətul- İslam vəl- Müslimin Seyid Mehdi Təqəvi (Şahinşəhr, Bərxar və Meymə
şəhərlərinin Milli Məclisdəki nümayəndəliyi ofisinin üzvlərindən biri) silahlı terrorçu
ünsürlərin İİR-nın Ali İslam Şurasının (Milli Məclis) binasında video çəkdikləri
otaqda şəhid ediliblər.
http://iqna.ir/fa/news/3607372