IQNA

Əl-Əvamiyə Ərəbistan hərbçilərinin mühasirəsində

12:40 - June 11, 2017
Xəbər sayı: 3481745
Ali-Səud hərbçiləri Ərəbistanın şərqində, Əvamiyə məntəqəsində yerləşən Dirə məhəlləsi sakinlərinin evlərini ağır silahlarla atəşə tutublar.

Əl-Əvamiyə Ərəbistan hərbçilərinin mühasirəsində

Sahartv-nin məlumatına görə, Livanın Əl-Əhd informasiya agentliyinin verdiyi məlumata görə, Ali-Səud hərbçiləri Dirə məntəqəini minaatanlardan istifadə edərək, hücuma məruz qoyublar. Daha sonra insanların evlərinə basqın edərək, bəzi evləri yandırıblar.

Şiə sakinli Əvamiyə məntəqəsi altı ilə yaxındır ki, Ali-Səud rejiminə qarşı xalq etirazlarının şahididir. Narazı kütlə siyasi islahatların aparılması və onlara qarşı ayrı-seçkiliyə son qoyulmasını istəyir. Ali-Səud hərbçilərinin narazı kütləyə qarşı hücumları indiyə kimi bir qrup mülkinin ölməsi və yaralanmasına səbəb olub.

captcha