IQNA

Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib

9:29 - June 13, 2017
Xəbər sayı: 3481751
Səudiyyəli qüvvələr Əvamiyyənin məhəllələrinə basqın edib və güclü partlayışa malik minaatanlar və döyüş güllələrindən istifadə ediblər.

Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib

Sahartv-nin xəbərinə görə, Səudiyyə rejimi hərbçiləri Ərəbistanın şərqində yerləşən Qətif vilayətində şiə sakinli Əvamiyyə şəhərciyinin mühasirəsini 33-cü gün ardıcıl olaraq sərtləşdirmək üçün və döyüş güllələri ilə Əvamiyyənin məhəllələrinə hücum etmək üçün zirehli avtomobillərdən istifadə edirlər.

Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qüvvələr Əvamiyyənin məhəllələrinə basqın edib və güclü partlayışa malik minaatanlar və döyüş güllələrindən istifadə ediblər.

Əvamiyyənin bir qrup sakini fövqəladə mərkəzi qüllələrdə yerləşən snayperlərin atəş açması nəticəsində yaralanıb.

Snayperlər bir neçə yoldan keçəni də atəşə tutublar.

Xəbərlərə əsasən, zirehli avtomobillərdən biri yanlışlıqla və səudiyyəli təhlükəsizlik qüvvələrinin partlayıcı güllələri nəticəsində hədəfə çevrilib. Nəticədə bir səudiyyəli zabit ölüb və iki təhlükəsizlik qüvvəsi yaralanıb.

captcha