Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA)-nın İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Omanda müqəddəs Qurani-Kərimin mükəmməl nüsxəsinin təqdim etmə mərasimi baş tutub. Dünyanın ilk kalliqrafik, interaktiv və elektron Qurani-Kərimi Almaniya, Niderland, Polşa və Livandan olan mütəxəssislər tərəfindən hazırlanıb.
Həmin Qurani-Kərimdən, stasionar kompyuterlərdən tutmuş mobil telefonlaradək, bütün elektron qurğularda yararlanmaq mümkün olacaq.
Maraqlıdır
ki, müsəlmanlar bu yenilik vasitəsilə Qurani-Kərimi həm oxuya, həm də
qaldıqları yerə əlfəcin əlavə edə, başlıqların yazılış tərzini dəyişə və mətnin
hissələrini rənglə seçə biləcəklər.
Qeyd etmək lazımdır ki, başlıqlar VII əsrin Kufi üslubunda yazılıblar.