İraqın Huvəycə şəhərindəki yerli mənbələr bildiriblər ki, İŞİD terror qrupunun ünsürləri bu şəhər əhalisindən 900 sivili oğurlayıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla məlumatına görə, İŞİD terror qrupunun ünsürləri dünən səhər Kərkük şəhərindən cənub-qərbdə yerləşən Huvəycə şəhərinin əhalisi arasında geniş həbslər apardıqdan sonra onları naməlum məkanlara köçürüblər.
Bu məlumata görə, İŞİD ünsürləri bu mülkilərdən öz mövqelərinə qarşı ehtimal olunan hava və quru hücumları qarşısında insan qalxanı kimi istifadə edəcəklər.