Bu gün Azərbaycan Ruhanilər Məclsinin (ARM) üzvü Şeyx Sərdar Hacıhəsənlinin növbəti məhkəmə prosesi keçirilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, Məhkəmə Anar Almuradlının sədrliyi keçirilib və prosesdə Şeyx Sərdara hökm oxunub. Məhkəmnin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı Sərdar Babayevə 4 il həbs cəzası istəyib.
Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun şikayətinə əsasən həbs edilib. O, qanunsuz olaraq "Cümə” namazı qılmaqda ittiham olunur.