IQNA

Bəhreyn xalqı Ali-Xəlifəyə qarşı aksiyalar keçirib

10:27 - July 29, 2017
Xəbər sayı: 3481915
Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiyalar keçirərək, siyasi məhbusların azadlığa buraxılmalarını tələb edib.

Bəhreyn xalqı Ali-Xəlifəyə qarşı aksiyalar keçirib

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Bəhreyninmüxtəlif məntəqələrinin sakinləri aksiyalar keçirərək, siyasi məhbuslarla öz həmrəyliklərini elan ediblər. Aksiyaçılar həmçinin Ali-Xəlifə rejiminin siyasətlərilə müxalifətə vəBəhreyn inqilabının davam etdirilməsinə təkid ediblər.

Aksiya iştirakçıları əllərində siyasi məhbusların təsvirlərini tutaraq, Ali-Xəlifənin xalqın dinc hərəkətinə divan tutmaq üzrə düşmənçilik hərəkətlərini pisləyiblər.

Bu məlumata görə, Ali-Xəlifə rejiminin hərbçiləri Əlməamir qəsəbəsində aksiyaçılara basqın edərək, diyircəkli güllələr və gözyaşardıcı qazlarla onları hədəfə alıblar.

Teqlər: iqna ، quran ، İslam ، bəhreyn ، ali-xəlifə ، müsəlman ، məscid
captcha