IQNA

Əfqanıstanda məsciddə törədilən partlayış nəticəsində 30 nəfər ölüb- FOTO

9:07 - August 02, 2017
Xəbər sayı: 3481929
Əfqanıstanda Herat şəhərinin cənubunda Cavadiyyə məscidinin içərisində törədilən güclü partlayış nəticəsində 30 nəfər ölüb.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanda Herat şəhərinin cənubunda Cavadiyyə məscidinin içərisində törədilən güclü partlayış nəticəsində 30 nəfər ölüb.
Maide.Az- nın Əfqanıstan KİV-lərinə istinadən məlumatına görə, partlayış ötən gecə yerli vaxtla saat 08:00 radələrində baş verib.
Herat polisi elan edib ki, partlayışı iki kamikadze özünü partlatmaqla törədib. İntiharçılardan biri məscidin içərisinə girərək odlu silahla atəş açıb, ikinci intiharçı isə özünü partladıb. Hər iki intiharçı öldürülüb.
Hələlik heç bir qrup məsuliyyəti üzərinə götürməyib.
Herat İran sərhəddinə yaxın bir şəhərdir və ölkənin ən təhlükəsiz bölgələrindən biri hesab olunur.









captcha