IQNA

8:24 - August 06, 2017
Xəbər sayı: 3481939
Türkiyənin hərbi hava qüvvələrinə məxsus tam şəraitli ilk Came məscid dünən, 5 Avqust 2017-ci il, Ankara şəhərinin hərbi hava qərargahında hərbiçilərin istifadəsinə verildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin hərbi hava qüvvələrinə məxsus tam şəraitli ilk Came məscid dünən, 5 Avqust 2017-ci il, Ankara şəhərinin hərbi hava qərargahında hərbiçilərin istifadəsinə verildi.

"Anadolu" xəbər agentliyinin bu barədə verdiyi məlumata əsasən, Türkiyənin Diyanət işləri bakanlığının Vəqf idarəsi məscidin açılışı ilə bağlı bəyaniyyə verib.

Türkiyənin hərbi hava qüvvələrinə məxsus tam şəraitli ilk Came məscidin hərbi hava qüvvələrinin Ankaradakı qərargahında keçirilən açılış mərasimində Türkiyənin müdafiə nazirinin müavini və Türkiyə cümhuriyyət başkanının dini işlər üzərə müavini Yüksəl Salman iştirak ediblər.

Bu Came məscidin örtülül hissəsi 500 metrdir və bu örtüyün altında bir dəfədə 750 nəfər namaz qıla bilər.

Bu xəbərdə həmçinin bildirilir ki, Türkiyə dini işlər təşkilatı ölkədə PKK terroristləri tərəfindən təxrib edilmiş 127 məscidi və Suriyanın şimalında türkiyəli hərbiçilər tərəfindən terrorçulardan azad edilmiş regionlarda 108 məscidi təmir etmişdir.

http://iqna.ir/fa/news/3626876


Ad:
E-poçt:
* Comment:
* captcha: