IQNA

Misirin tarixi əlyazma Quran nüsxəsinin təmiri başa çatdı

9:26 - August 09, 2017
Xəbər sayı: 3481953
Dünyanın ən nadir əlyazma Quran nüsxələrindən sayılan və "Osman Müshəfi" adlanan nüsxənin təmiri Misirin Darul-Kutub və Milli Sənədlər idarəsi əməkdaşlarının 6 il zəhmətindən sonra başa çatdı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Misirin "əl-Vətən" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, dünyanın ən nadir və qədim əlyazma Quran nüsxələrindən biri olan və "Osman Müshəfi" adlanan tarixi nüsxənin təmiri Misirin "Kitablar Evi və Milli Sənədlər" idarəsi əməkdaşlarının 6 il zəhmətindən sonra başa çatdı.

"Kitablar Evi və Milli Sənədlər" idarəsinin rəisi Əhməd əş-Şövki bu barədə dedi: Dünyanın ən qədim və nadir əlyazma nüsxələrindən biri hesab edilən "Osman Müshəfi" həmin dörd Quran nüsxəsinin biridir ki, Peyğəmbərin (s) vəfatından sonra üçüncü raşidi xəlifə Osman ibn Əffanın zamanında yazılmış və müxtəlif İslam ölkələrinə göndərilmişdi.

O əlavə etdi: Cari ayin sonunda bu nüsxənin açılış mərasimi keçiriləcəkdir. Bu mərasimdə məlum nüsxənin altı ildə necə təmir olunması prosesi barədə məlumat veriləcəkdir.

"Kitablar Evi və Milli Sənədlər" idarəsinin rəisi Əhməd əş-Şövki dedi: Bu nüsxə 100 il öncə "Əmr ibn As" məscidindən götürülmüş və "Kitablar Evi"nə təhvil verilmişdir. İndiyədək müxtəlif muzelərdən bu kitabın sərgilənməsi üçün təkliflər gəlsə də, bu nüsxənin sərgilənməsi xüsusi təchizat tələb etdiyi üçün indiyədək sərgilərə qoyulmamışdır.

Şövki bunu da bildirdi ki, "Seyyidə Nəfisə müshəfi" adlı bir Quran nüxəsi də altı ay ərzində yenidən təmir edilib və bu müsxənin də yaxın zamanlarda açılış mərasimi keçiriləcəkdir.



Teqlər: iqna ، quran ، əlyazma nüsxə
captcha