IQNA

14:17 - August 15, 2017
Xəbər sayı: 3481972
Britaniya rəsmiləri ölkənin müxtəlif bölgələrində müsəlmanlar əleyhinə terror aktları törətmək ittihamı ilə 40 nəfərdən çox neo-nasistin həbs olunaraq dindirildiyini bildiriblər.

Britaniyada müsəlmanlar əleyhinə nasistlərin planı ifşa olunub

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sandey Tayms qəzetinin yazdığına görə, Britaniyanın təhlükəsizlik xidməti çərşənbə axşamı günü bildirib: Saxlanılan şəxslərin əksəriyyəti radikal sağçı olmaqda şübhəli bilinirlər və Yorkşeyrdə yaşayırlar.

Britaniyanın təhlükəsizlik xidmətləri etiraf ediblər ki, neo-nasistləri müəyyənləşdirmək terror ünsürlərini müəyyənləşdirməkdən daha çətin olub.

Britaniya son aylarda terror aktlarının artdığının şahidi olmuşdur.

Teqlər: iqna ، quran ، İslam ، müsəlman ، Britanya ، terror
Ad:
E-poçt:
* Comment:
* captcha: