Britaniya rəsmiləri ölkənin müxtəlif bölgələrində müsəlmanlar əleyhinə terror aktları törətmək ittihamı ilə 40 nəfərdən çox neo-nasistin həbs olunaraq dindirildiyini bildiriblər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Sandey Tayms qəzetinin yazdığına görə, Britaniyanın təhlükəsizlik xidməti çərşənbə axşamı günü bildirib: Saxlanılan şəxslərin əksəriyyəti radikal sağçı olmaqda şübhəli bilinirlər və Yorkşeyrdə yaşayırlar.
Britaniyanın təhlükəsizlik xidmətləri etiraf ediblər ki, neo-nasistləri müəyyənləşdirmək terror ünsürlərini müəyyənləşdirməkdən daha çətin olub.
Britaniya son aylarda terror aktlarının artdığının şahidi olmuşdur.