IQNA

18:30 - August 17, 2017
Xəbər sayı: 3481978
Tacikistanda məktəbdə oxuyan şagirdlərə saqqal saxlamaq və hicab geyinmək qadağan edilib.


Tacikistan şagirdlərə hicab və saqqalı qadağan etdi

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslamazeri.com-a istinadən verdiyi xəbərə əsasən, Tacikistanda məktəbdə oxuyan şagirdlərə saqqal saxlamaq və hicab geyinmək qadağan edilib.

Müvafiq bəyanatı Tacikistanın Təhsil Nazirliyi yayıb.

Qız şagirdlərə hicabla yanaşı, cırıq və dar cins şalvarlar, qısa və ensiz yubkalar da qadağan edilib. Bundan başqa qızlara hər qulağa 1-dən çox sırğa taxmaq, nəzəri cəlb edən və parlaq makiyaj da qadağan edilib.

Oğlan şagirdlərə isə uzun saç və dırnaq, saqqal saxlamaq, sırğa və üzük taxmaq qadağan edilib. Üstəlik cins şalvar isə yalnız qışda geyilə bilər.

Məktəblilərə həmçinin üzərində digər dövlətlərin simvolikası və ya reklam xarakterli yazılar olan köynəklər, həmçinin döymələr də qadağan edilib.

Teqlər: Tacikistan ، iqna ، Quran ، İslam ، saqqal ، məktəb
Ad:
E-poçt:
* Comment:
* captcha: