IQNA

Tramp müsəlmanlara zorakılığın tətbiq olunmasını dəstəkləyib

11:44 - August 19, 2017
Xəbər sayı: 3481985
ABŞ prezidenti İspaniyanın şimal-şərqində Barselona şəhərindəki terror aktlarından sonra, Avropa dövlətlərini müsəlmanlara sərtliyi tətbiq etməyə çağırıb.

Tramp müsəlmanlara zorakılığın tətbiq olunmasını dəstəkləyib

İQNA-nın Sahartv-yə istinadla verdiyi xəbərə əsasən, ABŞ prezidenti Donald Tramp Barselona şəhərindəki terror aktlarından sonra öz Twitter səhifəsində Avropa dövlətlərini belə hücumların dayandırılması üçün müsəlmanlar əleyhinə sərt siyasəti tətbiq etməyə çağırıb.

ABŞ prezidenti Twitterdə XX əsrin əvvəllərində general Con Perşinqə işarə edib ki, ABŞ-ın Filippini işğal etdiyi zaman Moro müsəlman sakinli bölgənin komandanı idi və minlərlə insanı qətliam etdi.

Tramp elə bir halda bu məsələni irəli sürür ki, bu günlər amerikalı irqçiləri dəstəklədiyinə görə, ciddi tənqidlərə məruz qalmışdır.

Teqlər: iqna ، quran ، trump ، İŞİd ، barselona
captcha