IQNA

0:55 - August 25, 2017
Xəbər sayı: 3482022
Seyid Həsən Nəsrullah bu gecə "əl-Aləm" peyk tv kanalı ilə canlı yayımda vurğuladı: Livan qoşunlarının əsas hədəfi Suriya və Livan sərhədlərinə çatmaq, sərhədlərin təhlükəsizliyini təmin etməkdir.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livan Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah bu gecə, cüməaxşamı gecəsi, 24 Avqust 2017-ci il, "əl-Aləm" peyk tv kanalı ilə canlı yayımda vurğuladı: Livan qoşunlarının əsas hədəfi silahlı qüvvələrimizin Suriya və Livan sərhədlərinə çatması, sərhədlərin təhlükəsizliyini təmin etməsi və oğurlanmış hərbiçilərin taleyinin həll edilməsidir.

Livan Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah bu çıxışında Suriya və Livan qoşunlarının və həmçinin Hizbullah döyüşçülərinin Əl-Cərud döyüşlərində qələbə və uğurlarını təbrik edərək dedi: Suriya xalqı və dövlətinin əsas hədəfi İŞİD terrorçularını Qərbi əl-Qələmun regionundan çölə qovmaqdır.

O əlavə etdi: Biz Suriya və Livanın bütün hədəflərinin həyata keçməsi uğurunda döyüşürük, buna görə də bu iki döyüşü bir- birindən ayırmaq olmaz.

Hizbullah hərəkatının baş katibi vurğuladı: Ərsal yüksəkliklərində döyüşlərin əsas hədəflərindən biri də budur ki, Suriya və Livan sərhədlərində təhlükəsizliyi təmin edək və oğurlanmış hərbiçilərimizi geri qaytaraq. Qərbi əl-Qələmun yüksəkliklərində isə döyüşməyimizin əsas hədəflərindən biri də budur ki, bu regionda İŞİD terrorçularının işini bitirək və Dəməşq yolunda təhlükəsizliyi təmin edək.

Seyyid Həsən Nəsrullah açıqladı: Suriya və Livan cəbhələrində əldə etdiyimiz uğur və müvəffəqiyyətlər təsiri əl-Cərudun da azad edilməsində çox böyükdür.

O, Livan qoşunlarının peşəkarcasına və dəqiq hərəkət ilə ən az maddi və insani tələfat verərək irəliləməsinə işarə edərək dedi: İŞİD terrorçularından geri alaraq azad etdiyimiz ərazilər 120 kv.km-dir ki, bunun 100 kv.km-ini Livan qoşunları və 20 kv.km-ini isə müqavimət döyüşçüləri azad ediblər.

Livan Hizbullah hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah çıxışında İŞİD terroristlərinin əməliyyat gedən regionun mərkəzində mühasirəyə düşdüklərinə işarə edərək dedi: Terroristlər başlarını itiriblər və hər bir saziş üçün yol axtarırlar.

O əlavə etdi: İŞİD terrorist qruplaşmasının komandiri onların regiondan çıxmasına əhəmiyyət vermir və istəyir ki, onlarda regionda son nəfərə qədər ölsünlər.

Seyyid Həsən Nəsrullah dedi: Yaxın və qəti bir qələbənin bütün səbəb və amilləri mövcuddur və məsələ yalnız vaxtdır.

Livan Hizbullah hərəkatının baş katibi xatırlatdı: İŞİD terrorçuları və onların ailələrindən bir hissəsi özlərini müqavimət əsgərlərinə təslim ediblər.

O həmçinin vurğuladı: Suriya və Livan silahlı qüvvələri və həmçinin Hizbullah müqaviməti döyüşçülərinin ruhiyyəsi çox yüksəkdir.

Nəsrullah əlavə etdi: Suriya və Hizbullah əhd bağlayıb ki, İŞİD ilə ilk danışıqların ilk bəndi oğurlanmış hərbiçilərin azad edilməsi məsələsi olacaqdır. Bu mənaya ki, İŞİD-lə danışıqlarda onların regiondan, Suriya və Livanın Cərud bölgəsindən çıxması və oğurlanmış livanlı əsgərlərin taleyinin məlum edilməsi əsas hədəf olacaqdır.

Livan Hizbullah hərəkatının baş katibi Livan xalqının böyük bir qələbənin astanasında olduğuna işarə edərək dedi: Biz fikirləşirik ki, Suriya və Livan yüksəkliklərində döyüş əməliyyatlarını ayrılıqda aparmaq mümkün deyil. Livan və Suriya yüksəkliklərindəki döyüş cəbhələrində əldə olunan qələbələr çox böyük uğurdur. Livan qoşunları döyüşlərin ilk mərhələsində peşəkarcasına və dəqiq hərəkət ilə ən az maddi və insani tələfat verərək irəliləyib və əla nəticələr əldə edibdir.

Hizbullah hərəkatının baş katibi vurğuladı: İŞİD komandirlərinə deyirik ki, həlledici bir döyüş barədə qəti qərara gəlmişik və onlar üçün çox vaxt qalmayıbdır.

O dedi: Amerika səfirliyi bəzi media dairələrini və KİV-ləri Ərsalın Cərud regionundakı döyüşlərdə HİZBULLAH ilə həmrəylik göstərdiklərinə görə təhdid etmişdir.

Seyyid Həsən Nəsrullah xatırlatdı: Amerika dövləti bundan narahatdır ki, Livan müqaviməti bir həddə çatıb ki, təkfirçi terrorist qruplaşmaları leh edibdir.

O, bəzi media dairələrinin Suriya və Livan sərhədlərində müqavimətin terrorçulara qarşı apardığı əməliyyatlarla bağlı rəftarlarına işarə edərək dedi: (Yadlara) Tabe olan və əyilən bəzi media və KİV qrumları öz qanuniklərini itiriblər və onların bu hərəkəti insani və əxlaqi baxımdan süqut etdiklərini göstərir.

Livan Hizbullah hərəkatının baş katibi silahlı qoşunların və müqavimət güclərinin müştərək həmkarlığını yaxşılıqla anaraq dedi: Camaatın gözlədiyi "Qoşun və Müqavimət"in və həmçinin Suriya silahlı qüvvələrinin qızıl iş müadiləsinin təkmilləşməsi və onun nəticələridir.

O vurğuladı: Suriya və Livan cəbhələrindəki iş birliyi təkamülü qələbəni tezləşdirəcəkdir.

http://www.iqna.ir/fa/news/3634204


Teqlər: İQNA ، Nəsrullah ، Livan ، Suriya ، İŞİD
Ad:
E-poçt:
* Comment:
* captcha: