IQNA

11:25 - August 30, 2017
Xəbər sayı: 3482055
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəmən üzrə nümayəndəsi deyib: Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının başlandığı gündən bu ölkədə 1700-dən çox uşaq canını itirib.

UNICEF Yəməndə ölən uşaqların statistikasını yayıb

UNICEF-in Yəmən üzrə nümayəndəsi Meritxel Relano dünən Russia Today telekanalına müsahibəsində Yəmənə qarşı müharibədə 1700 uşağın qətlə yetirildiyi və 3 min uşağın yaralandığını bildirib və deyib: Qeydə alınan statistik məlumata əsasən sadəcə son iki ay ərzində Yəməndə gedən toqquşmalar nəticəsində 38 uşaq ölüb.UNICEF-in Yəməndəki nümayəndəsi uşaqların ölümünün qarşısını almaq üçün toqquşmalara son qoyulmasının vacibliyini vurğulayaraq deyib: Toqquşma məntəqələrində bir çox uşaq və mülki ilişib.

Rilano Yəməndə ölən uşaqların həqiqi sayının, rəsmi statistikadakından qat-qat artıq olduğunu bildirərək deyib: Yəməndə toqquşmalara son qoymağın yeganə yolu müzakirədir.

UNICEF-in nümayəndəsi bu beynəlxalq qurumun Yəməndə mülkiyə quru yolla yardımlara səy göstərdiyini xatırladaraq deyib: Mülkiyə yardım məqsədi ilə Yəmənin müxtəlif bölgələrinə getmək qarşısında böyük problemlər durur.

Rilano yarım milyon Yəmənlinin vəbaya yoluxduğunu bildirərək qeyri hökumət təşkilatları və BMT qrumlarının yardımları vasitəsi ilə durumla mübarizəyə təkid edib.

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayında ABŞ-ın dəstəyi ilə Yəmənə qarşı hərbi hücuma keçdi və bu ölkəni quru, dəniz və havadan blokadaya aldı. Səuriyyə Ərəbistanı istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadini hakimiyyətə qaytarmağı bəhanə edir.

Sahartv

Ad:
E-poçt:
* Comment:
* captcha: