IQNA

18:52 - August 30, 2017
Xəbər sayı: 3482060
Səudiyyə Ərəbistanın daxili işlər nazirliyi Həcc mərasiminə qeyri-qanuni gələn 400 min nəfərin qarşısının alındığı və geri qaytarıldığı barədə məlumat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanın daxili işlər nazirliyi Həcc mərasiminə qeyri-qanuni gələn 400 min nəfərin qarşısının alındığı və geri qaytarıldığı barədə məlumat yayıb.

Səudiyyə Ərəbistanının daxili işlər naziri "Həcc mərasiminin təhlükəsizlik layihəsi" ilə bağlı keçirilən mətbuat konfransında bu xəbəri elan edərək dedi: Bu il Həcc mərasimində iki milyondan çox hacının iştirak edəcəyi gözlənilir.

Ərəbistanının daxili işlər nazirliyinin sözçüsü Mənsur Türki mərasimə buraxılmayaraq geri qaytarılan 400 min nəfər hacının qanunu pozduqlarını və Həcc mərasimində iştirak etmək üçün icazə verən lazımı sənədlərinin olmadığını vurğuladı.

Mənsur Türki - Səudiyyə Ərəbistanının daxili işlər nazirliyinin sözçüsü, əlavə etdi: Məkkə və Mədinənin, digər müqəddəs məkanların, hava və dəniz limanları və digər sərhəd keçid məntəqələrində qanunsuz keçən zəvvarların qarşısının alınması üçün yoxlama postları qurulmuşdur.

O vurğuladı: Həcc ziyarətinə qeyri-qanuni yollar ilə gələnlər üçün ciddi tədbirlər görülmüşdür, onlar böyük miqdarda nağd cərimə ediləcək və ya həbs olunacaqlar.

http://www.iqna.ir/fa/news/3636478


Teqlər: IQNA ، İQNA ، Həcc ، Hacı ، Məkkə ، Mina ، Mədinə
Ad:
E-poçt:
* Comment:
* captcha: