IQNA

19:55 - August 30, 2017
Xəbər sayı: 3482062
"Beytullul-Həram"ın ziyarətçiləri Həzrət Məhəmməd peyğəmbərin (s) sünnəsini rəhbər tutaraq dünən günün ikinci yarısından başlayaraq Mina diyarına doğru hərəkətdədirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Beytullul-Həram"ın ziyarətçiləri Həzrət Məhəmməd peyğəmbərin (s) sünnəsini rəhbər tutaraq dünən günün ikinci yarısından başlayaraq Mina diyarına doğru hərəkətdədirlər.

Dünən, həftənin ikinci günü, 29 Avqust 2017-ci il, Təməttö Həccini yerinə yetirən hacıların ilk qrupu "Ləbbeyk" sədaları ilə "Məş`ərul-Mina" adlanan yerə daxil olublar ki, özlərini "tərviyə" günü (Zil-Həccə ayının səkkizi) üçün hazırlasınlar.

Günün ikinci yarısında, yerli vaxtla saat 5:00-da Mina diyarına tərəf yola düşən 200 min hacı gecə saatlarında Minaya çatıblar və "tərviyə" gününün əməlləri üçün hazırlaşırlar.

Bu xəbərdə deyilir ki, Ərəb ölkələri, İran və Türkiyədən olan bir çox hacı isə bu gün Mina diyarına daxil olacaq.

Səudiyyə Ərəbistanın "Qırmızı Ay Cəmiyyəti" müqəddəs mə`şər çölündə hacılara xidmət məqsədi ilə 51 kömək mərkəzi çadırı qurub və Minanın girişi olan müxtəlif məknalarda 2472 nəfər öz işçilərindən yerləşdirib.

Bundan əlavə 13 min nəfər fəhlə yüzlərlə maşından istifadə edərək təmizlik işləri üçün lazım olan təchizatı daşıyır və ətraf mühitin zibillərini təmizləyirlər.

Mina diyarı Məkkənin şimal-şəqrinin 7 km-liyində yerləşir və hacılar "tərviyə" gününü bu diyarda keçirirlər.

"Tərviyə" günü Zil-Hiccə ayıın 8-dir. Mina və Ərəfat çölündə su olmadığı üçü hacılar özləri ilə Məkkədən su aparmalıdırlar. Bu "su daşıma" halətinə "tərviyə" deyildiyi üçün, hacıların bu ibadətə məşğul olduğu günə də "tərviyə günü" deyilir.

Müstəhəbbdir ki, hacılar günün birinci yarısında Mina çölünə girsinlər, Zöhr, Əsr, Məğrib, İşa və Sübh namazlarını burada qılaraq bir gecə bu çöldə gecələmiş olsunlar.

Hacılar sabah, həftənin cüməaxşamı günü, səhər tezdən Məkkənin 12 km-liyində olan Ərəfat dağına tərəf hərəkət edəcəklər. Ərəfə gününün əməllərini yerinə yetirdikdən sonra, günün batar çağında Müzdəlifə adlanan yerə gedəcəklər. Zil-Hiccənin 10-cu gününün səhərində isə "şeytana daş atmaq", "Qurban kəsmək", "saçlarını qırxmaq və ya qısaltmaq" əməllərini yerinə yetirmək üçün yenidən Minaya qayıdacaqlar. Üç gün Minada qaldıqdan sonra Kəbəni təfav etmək üçün Məkkəyə dönəcəklər.

Ərəbistanın verdiyi hesabata görə, bu il Həcc mərasimində 2 milyon 600 min hacı iştirak edir ki, bu da 800 min nəfər keçən ildəkindən çoxdur.

http://www.iqna.ir/fa/news/3636322


Teqlər: İQNA ، Həcc ، Mina ، Müzdəlifə ، Hacı ، Ərəfat ، Tərviyə ، Ərəfə
Ad:
E-poçt:
* Comment:
* captcha: