IQNA

7:28 - September 03, 2017
Xəbər sayı: 3482081
Buddistlərin zülmündən didərgin düşmüş 120 min myanmarlı müsəlmanları yeni böhran gözləyir. Belə ki, mövsüm yağışlarının başlaması ilə onların arasında vəba xəstəliyinin yayılacağı ehtimal olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, radikal buddistlərin və Myanmarın silahlı qoşunlarının amansız zülmü qarşısında tab gətirməyərək evlərindən və yurdlarından didərgin düşmüş 120 min myanmarlı müsəlmanları yeni böhran gözləyir. Belə ki, mövsüm yağışlarının başlaması ilə ruhingiyalı müsəlman qaçqınların arasında vəba xəstəliyinin yayılacağı ehtimal olunur.

Myanmarın şimalında Raxin əyalətinin qaçqın düşərgəsində yaşayan ruhingiyalı müsəlman qaçqınların heç bir sığanacağı yoxdur, qida, geyim, sanitariya və tibbi ləvazimatları yoxdur və bu barədə onlara heç bir kömək edilmir. Çünki Myanmar dövləti heç bir beynəlxalq təşkilata müsəlmanlara yardım göstərməyə icazə vermir və onları üsyançılara kömək etməkdə suçlayır.

Qaçqınların yaşadığı yerlər sanitariya baxımından çox acınaqcaqlı bir vəziyyətdir. Buna görə də ehtimal olunur ki, mövsüm yağışlarının başlaması ilə bu düşərgələrdə vəba kimi keçici xəstəliklər sürətlə yayılacaqdır.

http://www.iqna.ir/fa/news/3637110


Teqlər: İQNA ، Myanmar ، Raxin ، ruhingiya ، vəba
Ad:
E-poçt:
* Comment:
* captcha: