İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "usnews" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, ABŞ-ın Ayova əyalətinin Vaterlo şəhər məscidinin məsulları bu məscidin dayanacağında yanğınn törətmək istəyən dörd nəfər anonim islamofobiyaçı cinayətkarın planlarının uğursuzluğu barədə xəbər verdilər.
İbrahim Şəhatə - ABŞ-ın Ayova əyalətinin Vaterlo şəhərinin "İslam Fondu"nun rəisi, bu xəbəri elan edərək dedi: İki nəfəri böyük və digər iki nəfəri kiçik olmaqla dörd nəfər anonim şəxs həftənin üçüncü günü, 30 avqust 2017-ci il, Vaterlo məscidinin dayanacağında yanğın törətmək istəyərkən məscid üzvlərinin gəldiyini görərək qaçıblar.
ABŞ-ın Ayova əyalətinin Vaterlo şəhərinin "İslam Fondu"nun rəisi əlavə etdi: Vaterlo məscidinin təhlükəsizlik kameraları yanğın törətmək istəyən bu dörd nəfəri görüntüləyib və görüntülər polisə təhvil verilib. Və Vaterlo şəhər polisi iş üzrə axtarışa başlayıb.
"Alaraby" xəbər agentliyinin məlumatına əsasən, islamofobiya Amerikada sürətlə genişlənməkdədir və son aylarda müxtəlif şəhərlərdə müsəlmanlar əleyhinə müxtəlif islamofob hücumlar həyata keçirilib.
http://www.iqna.ir/fa/news/3637812