IQNA

1:59 - September 05, 2017
Xəbər sayı: 3482099
Dünyanın ən böyük müsəlman cəmiyyətinə sahib İndoneziya müsəlmanlarının qəzəb və nifrəti buddistlərin rəhbərlərinin canına qorxu salmağa başlayıb və buna görə də onlar insanları vəhdətə dəvət edirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyanın ən böyük müsəlman cəmiyyətinə sahib İndoneziya müsəlmanlarının Myanmarda ruhingiyalı müsəlmanlara qarşı törədilən vəhşiliyin əleyhinə doğan qəzəb və nifrəti buddistlərin rəhbərlərinin canına qorxu salmağa başlayıb və buna görə də onlar insanları vəhdətə dəvət edirlər.

İndoneziyanın "jakartaglobe" xəbər və informasiya portalının verdiyi məlumatda deyilir ki, bu şura bəyaniyyə yayaraq elan etdi: İndoneziya dövləti Myanmar hadisələri barədə təhrikedici informasiya paylaşan media dairələrinin qarşısını alsın ki, bu ölkədə hər hansı bir qarşıdurma yaramasın.

Bəyaniyyənin davamında deyilir: Ümid edirik ki, İndoneziyanın kibernetika polisi və təhülkəsizlik qüvvələri bu ölkədə Myanmar hadisələri barədə təhrikedici informasiyaların yayılmasının qarşısını alacaqdır.

İndoneziyanın buddist rəhbərləri şurası keçən həftənin bazar günü (3 sentyabr 2017) ruhingiyalı müsəlmanlara dəstək məqsədi ilə Cakartanın buddis məbədində toplantı keçiriblər. Bu proqramda iştirak edənlərin əllərində "ruhingiyalı müsəlmanlar bizdəndir" şüarı yazılmış plakardlar olub.

İndoneziyanın buddist rəhbərləri şurası Myanmar dövlətindən tələb etdi ki, Raxin əyalətində ruhingiyalı müsəlmanların insani hüquqları qorunsun, təhlükəsizlikləri təmin edilsin və onlarla ehtiramla davranılsın.

Bu şura həmçinin indoneziyalı cavalardan istədi ki, təhrikedici hərəkətlərə yol verməsinlər və təhrikedici informasiyaya uyan cavanların qarşısını alsınlar ki, Myanmar hadisələri İndoneziyaya da keçməsin.

Şura üzvləri vurğuladı: Terrorizmin heç bir dini və məzhəbi yoxdur. Myanmarda vəhşilik törədən buddistlərin cinayətləri bütün buddistlərin dini dəyərlərinin və əxlaqlarının göstəricisi deyil.

http://www.iqna.ir/fa/news/3638350


Teqlər: İQNA ، Myanmar ، İndoneziya ، Buddist
Ad:
E-poçt:
* Comment:
* captcha: