IQNA

Türkiyə mediası Qədir-Xum bayramı şənliyini canlı yayıma verəcək

9:48 - September 06, 2017
Xəbər sayı: 3482102
Qədir- Xum bayramı şənliyi həftənin bazar günü, 10 sentyarb 2017- ci il, Türkiyənin İstambul şəhərində şiələrin və "Cəfəri Alimləri"nin iştirakı ilə keçiriləcəkdir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, mübarək Qədir- Xum bayramı şənliyi həftənin bazar günü, 10 sentyarb 2017- ci il, Türkiyənin İstambul şəhərində "Zeynəbiyyə" rayonunda "Yəhya Kamal" məclis zalında Əhli-Beyt (ə) aşiqləri, şiələr və "Cəfəri Alimləri"nin iştirakı ilə keçiriləcək və bayram şənliyi Türkiyə mediaları ilə birbaşa yayımda olacaqdır.

Bu mərasim canlı olaraq Türkiyənin TV kanalları, KİV və sosial şəbəklər və "zeynebiye.tv" saytı vasitəsi ilə yayımlanacaq.

Qeyd edək ki, Hicrətin 10-cu ilində Peyğəmbər (s) sonuncu həcc ziyarətindən - «Həccətül-vida»dan qayıdarkən, Zucan adlı yerə yetişdikdə, ona (s) yeni bir vəhy nazil oldu. Allah Təala Peyğəmbərə (s) buyururdu: «Ey Rəsul! Sənə nazil olanları insanlara çatdır, əgər bu işi görməsən, öz risalətini (peyğəmbərlik missiyasını) tamamlamamış olursan…». («Maidə» surəsi, 67). Bu zaman Peyğəmbər (s) Cöhfə məntəqəsində Qədir-Xum yol ayrıcında yanındakıları dayandırdı, gedənlərin qayıtmasını və arxadan gələnlərin çatmasını gözələdi. Hamı bir yerə toplaşdıqdan sonra Həzrət İmam Əlini (ə) özündən sonra ümmət üçün İlahi xəlifə və imam təyin etdi. Bu hadisənin ardınca isə Maidə surəsnin 3-cü ayəsi nazil olaraq dinin kamala yetdiyini vurğuladı.

http://www.iqna.ir/fa/news/3638847


Teqlər: iqna ، qədir-xum ، qədir ، xum ، İstambul
captcha