İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bu gün, Cümə günü, 8 Sentyabr 2017-ci il, ən böyük Skandinaviya ölkəsi İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"ndə "İmamət" və "Vilayət" bayramı olan mübarək Qədir-Xum bayramı astanasında "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın açılış mərasimi keçiriləcəkdir.
Bu barədə İQNA-ya İsveçin paytaxtı Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Darul-Quran"nın məsulu Rəhmətullah Bəyat xəbər verib.
Rəhmətullah Bəyat İQNA ilə müsahibəsində bildirib ki, "Avropa Ölkələrinin Beşinci Quran Yarışları"nın açılış mərasimi müxtəlif millətlərin nümayəndələrinin işirakı ilə Cümə günü ilkinti vaxtı keçiriləcəkdir.
O əlavə etdi: Bu yarış keçən il "Şimalı Avropa Ölkələrinin Quran Yarışları" adı ilə keçirilmişdi və avropalı müsəlmanlar tərəfindən böyük rəğbətlər qarşılanmışdı.
"İmam Əli (ə) İslam Mərkəzi"nin nəzdində fəaliyyət göstərən "Darul-Quran"nın məsulu vurğuladı: İndiyədək Qiraət, Hifz, Quran məfhumları və Azan ixtisasları üzrə keçiriləcək bu yarışlarda iştirak etmək üçün 100 nəfərdən çox iştirakçı qeydiyyatdan keçib. Bu il də keçən ildə olduğu kimi xanımlar təkcə "Quran məfhumları" ixtisası üzrə iştirak edəcəklər və xanımlar tərəfindən də çoxsaylı iştirakçı vardır.
O həmçinin dedi: Yarışların açılış mərasimi bu gün, Cümə günü, 8 Sentyabr 2017-ci il, Stokholmun "İmam Əli (ə) İslam Mərkəzi"nin toplantı salonunda yerli vaxtla saat 18:30-da keçiriləcəkdir və yarışlar bazar gününədək davam edəcəkdir.
Rəhmətullah Bəyat vurğuladı: Bu yarışlarda iştirak edənlərin çoxu Danimarka, Norveç, Findlandiya, Almaniya, İtaliya və İsveçdəndirlər.
http://www.iqna.ir/fa/news/3639525