IQNA

İranın Ali lideri Ayətullah Xameneyi Myanma hadisələrindən danışıb

Myanmadan elə şeylər danışırlar ki, adamın yuxusu gözündən qaçır

13:27 - September 08, 2017
Xəbər sayı: 3482119
İranın Ali lideri Ayətullah Xameneyi Myanma hadisələrindən danışıb. Həzrət Ayətullah Üzma Xameneyi vurğulayıb: Myanmadan elə şeylər danışırlar ki, adamın yuxusu gözündən qaçır.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "İNTER AZ" pyek tv kanalının xəbər və informasiya portlına istinadla verdiyi xəbərə görə,İran İslam Respublikasının ali lideri Ayətullah Xameneyi Myanma müsəlmanlarına qarşı zorakılığı sərt şəkildə tənqid edib.

İnterAz "Eastnews"aistinadən xəbər verir ki, Ayətullah Xameneyi Birmada yaşayan və zülmə məruz qalan on minlərlə müsəlmanın Banqladeş sərhədində ən pis şəraitdə yaşadıqlarını bildirib.

"Bizim nümayəndələrimiz getmişdilər ora, elə şeylər danışırlar ki, adamın yuxusu gözündən qaçır. Qadınları öldürürlər, uşaqları öldürürlər, qoca-cavan kişiləri öldürürlər. Malların qarət edirlər. Kim bacarır canını götürüb qaçır. Budur bunların beynəlxalq hüququ. O beynəlxalq hüquq ki, əxlaqla, insanlıqla, mənəviyyatla, Allahla əlaqəsi yoxdur. Minlərlə müsəlman qətlə yetirilir, amma yalançı hüquq carçıları ağızlarını açmırlar. Heyvanlar üçün ürəyi yananlar, özlərinə aid olanlara bur şey olsa onu yüz dəfə böyüdərlər. Amma burda minlərlə günahsız, müdafiəsiz insanların qətliamına susurlar" - deyə Ayətullah Xameneyi vurğulayıb. /inter az/
Teqlər: iqna ، İnteraz ، myanmar ، xamenei
captcha