IQNA

18:49 - September 09, 2017
Xəbər sayı: 3482126
Bir dəfə Əmirhüseyn telefon vasitəs ilə Qurandan hifz etdiklərini ustadına deyərkən ayədən bir hissəsini unutdu və bu zaman 3 yaşlı Məhəmmədəmin ayəni oxuyaraq qardaşının yadına saldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, özü və iki oğlu Quran hafizi olan xanım Mərziyyə Cəmali İQNA ilə müsahibəsində dedi: Beş il öncə 9 yaşlı Əmirhüseyn qiyabi olaraq telefon vasitəsilə Quranı hifz edirdi. Altı aydan sonra Quran-Kərimin 30-cu cüzini hifz etdi. Bir dəfə Əmirhüseyn telefon vasitəs ilə Qurandan hifz etdiklərini ustadına deyərkən ayədən bir hissəsini unutdu və bu zaman 3 yaşlı Məhəmmədəmin ayəni oxuyaraq qardaşının yadına saldı. O zaman bildik ki, hər gün böyük qardaşının Quran əzbərləməsini dinləyən Məhəmmədəmin də Quranın 30-cu cüzünü hifz edib.

Cəmali əlavə etdi: Bundan sonra onların ikisini də Həzrət Şah Əbdüləzimin ziyarətgahının nəzdindəki Quran hifzi kurslarına yazdırdım. O vaxtdan beş il keçib və indi 8 yaşlı Məhəmmədəmin və 14 yaşlı Əmirhüseyn ikisi də bütün Quranı əzbər bilirlər.

Xanım Mərziyyə Cəmali vurğuladı: Evdə uşaqların Quran hifzi çalışması ilə özüm birbaşa məşğul olduğum üçün özüm də istəmədən Quranın 16 cüzünü əzbərləmişəm. Buna görə Allaha şükr edirəm, bu, Allahın mənə və övladlarıma olan xüsusi nemətidir.

Mərziyyə Cəmali sonda bildirib ki, Məhəmmədəmin və Əmirhüseyn Quran yarışlarında mükafata layiq görülüblər və eyni halda orta məktəb dərslərində də əlaçıdırlar.

http://www.iqna.ir/fa/news/3638072


Teqlər: İQNA ، Quran ، hifz ، hafiz ، möcüzə ، iradə
Ad:
E-poçt:
* Comment:
* captcha: