IQNA

Tunis və Sudanda ruhingiyalı müsəlmanların qətliamını məhkum etdilər

0:43 - September 10, 2017
Xəbər sayı: 3482128
Həftənin Cümə günü onlarla sudanlı və tunisli vətəndaş küçə yürüşü keçirərək Myanmarda ruhingiyalı müsəlman azlıqların dövlət qoşunları tərəfindən qətliamını məhkum etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin Cümə günü, 8 sentyabr 2017-ci il, onlarla sudanlı və tunisli vətəndaş küçə yürüşü keçirərək Myanmarda ruhingiyalı müsəlman azlıqların dövlət qoşunları və buddistlər tərəfindən vəhşicəsinə qətliam olunmsını məhkum etdilər.

Sudanlı və tunisli etirazçılar ruhingiyalı uşaq və qadınların fotolarını əllərində tutaraq, Mynamar dövlətinə qarşı etirazlarını ingilis, fransız və ərəb dilində plakardlara yazmışdılar.

Etirazçıların əllərində tutduqları plakardların üzərinə "müsəlmanların soyqırımı və qətliamını dayandırın" və "beynəlxalq təşkilatlar hara baxırlar?" cümlələri yazılmışdır.

Qeyd edək ki, bundan əlavə dünən Tunisin "Təyyarul-Məhəbbət" partiyasının baş katibi, Qəzzənin Cümə namazı xətibi və pakistanlı vətəndaşlar da Myanmarda müsəlmanların qətliam edilməsinə öz etirazlarını bildiriblər və beynəlxalq cəmiyyətlərdən bu qətliam dayandırılmasına kömək etmələrini istəyiblər.

http://www.iqna.ir/fa/news/3639830


Teqlər: iqna ، burma ، myanmar ، ruhingiya ، tunis ، sudan ، pakistan
captcha